NATO nümayəndəsi də Ankarada keçən danışıqlarda iştirak edir. O, artıq məlumat verib ki, danışıqlar konstruktiv mühitdə keçib, müəyyən irəliləyiş əldə olunub.

Bu barədə NATO Baş katibi Yens Stoltenberq Alyansın müdafiə nazirlərinin iclasından əvvəl mətbuat konfransında Ankarada İsveçin NATO-ya üzvlüyü ilə bağlı Daimi Mexanizmin iclası barədə danışarkən bildirib.

“Biz İsveçin NATO-ya üzvlüyünün ratifikasiyası üçün işləməyə davam edəcəyik. Sizə dəqiq tarixlə bağlı zəmanət verə bilmərəm. Yaxşı ki, onlar bu gün görüşdü. NATO səviyyəsində və mən özüm Prezident Ərdoğanla görüşlərimdə bəyan etmişəm ki, İsveç öhdəliklərini yerinə yetirib, onlar konstitusiyaya dəyişiklik edib, terrorla mübarizədə addımlar atıb, Türkiyəyə silah embarqosunu aradan qaldırıb.

Ötən həftə isə İsveç hökuməti PKK ilə əlaqəsi olan şəxsin ekstradisiyası elan etdi. Bu terrorla mübarizə üçün yaxşı addımdır. Bu, həm də İsveçin təhlükəsizliyi üçün lazımdır”, - Baş katib qeyd edib.

.