ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff Türkiyədə HƏMAS-ın liderlərindən biri Xəlil əl-Hayya ilə görüşməyəcək.
Bu barədə "Israelhayom" ABŞ mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Vaşinqton HƏMAS-ın BMT Təhlükəsizlik Şurasında səsvermə zamanı Qəzzada vəziyyətin nizamlanması üzrə ABŞ planına qarşı ərəb ölkələrinin dəstəyini səfərbər etmək cəhdlərinə görə qəzəblənib.
Nəşr qeyd edir ki, bu addımlar əslində Donald Trampın İsrail və HƏMAS arasında atəşkəs sazişinin növbəti mərhələsinin irəlilədilməsi üzrə səylərini ləngidib.
.
