Azərbaycan-Rusiya regionlararası forumu bu il Stavropolda keçiriləcək.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarovla keçirdiyi görüşün yekunlarına dair mətbuat konfransında bildirib.
Nazir deyib ki, regionlararası forumlar iki ölkə arasındakı münasibətlərin daha da inkişaf etməsinə yardımçı olub: "Bu il bu forumun Rusiyanın Stavropol şəhərində keçirilməsi planlaşdırılır”.


.