“Qarabağda hərbi əməliyyatların bərpası riski minimumdur, ancaq sualtı daşlar var”. 

Bunu bu gün Bakıda jurnalistlərə açıqlamasında “Avrasiya İnkişafı” Ekspert Mərkəzinin icraçı direktoru Stanislav Pritçin bildirib. 

S. Pritçin deyib ki, fors-major vəziyyəti mümkündür: “Ümumilikdə, geopolitik güclər, hərbi-strateji diplomatik, beynəlxalq-hüquqi vəziyyət hərbi əməliyyatların bərpası riskini 99 faiz minimallaşdırır.  Ermənistanın mövcud status-kvonu dəyişdirmək üçün resursları, imkanları yoxdur. Azərbaycanın qarşısında iqtisadi fəaliyyət, İrəvanla münasibətləri normallaşdırmaq dayanır. Hazırkı status-kvo Azərbaycanın maraqlarına uyğundur.  Vəziyyət nisbətən stabildir. Nə erməni, nə də Azərbaycan analitikləri Qarabağ üzrə razılaşmadan çıxmaqla bağlı neqativ ssenarini nəzərdən keçirmirlər. Qarabağla əlaqədar Bəyanatın əsas  müddəaları yerinə yetirilir, məsələlər tədricən həllini tapır. Optimal ssenari bütün məsələlərin tənzimlənməsi, iqtisadi fəallıq, erməni-Azərbaycan münasibətlərinin normallaşmasıdır. Bəli, bu, bu gün bir az fantastik görünür. Bu, çoxillik işdir, qarşıda bir çox məsələlərin həlli durur, sualtı daşlar və risklər var”. 

 “Qarabağ üzrə işçi qrupunun fəaliyyətinin nəticələri haqqında konkret informasiyaların verilməməsi vəziyyətin böhranlı olması demək deyil”.

Bunu “Avrasiya inkişafı” Ekspert Mərkəzinin icraçı direktoru Stanislav Pritçin Bakıda bildirib.

Onun sözlərinə görə, layihələrin detallı müzakirəsi gedir: “Bir sıra layihələrə müsbət rəylər və maraqlar var. Hələlik informasiyaların açıqlanmasının vaxtı çatmayıb. Ermənistanda seçkiqabağı vəziyyətdir və istənilən ehtiyatsız bəyanat mənfi nəticələrə səbəb ola bilər. Üçtərəfli işçi qrupu bütün hallarda fəaliyyətini davam etdirir və nəticə əldə olunacağına ümid var”.  

“Qarabağ nizamlanmasında vəziyyət eks-prezident Robert Koçaryanın hakimiyyətə gəlməsi halında dəyişə bilər. Lakin Moskva hazırkı durumun qorunub saxlanılmasında maraqlıdır”.   

Bunu “Avrasiya inkişafı” Ekspert Mərkəzinin icraçı direktoru Stanislav Pritçin Bakıda bildirib.

Onun sözlərinə görə, əgər bir neçə ay əvvəl bütün sosial sorğular hazırkı Baş nazir Nikol Paşinyanın birmənalı qələbə qazanacağını göstərirdisə, indi aydın olur ki, eks-prezident Robert Koçaryana da dəstək var.   

“Aydındır ki, hər şey seçkilər nəticəsində məlum olacaq, lakin R. Koşaryanın da şansı var. Və onda Qarabağ nizamlanması məsələsində tamamilə başqa situasiya yaranacaq.

Lakin bütün hallarda Rusiyanın vasitəçiliyi və Rusiya sülhməramlı kontingenti öz müsbət rolunu oynayacaq, çünki hazırkı vəziyyətin qorunub saxlanılmasında maraqlıdır”, - deyə ekspert qeyd edib.

.