Şri-Lankada "Ditva" qasırğası səbəbindən yaranan torpaq sürüşmələri və daşqınlar nəticəsində azı 355 nəfər həlak olub.
Bu barədə ölkənin Təbii Fəlakətlərin İdarə Edilməsi Mərkəzinin hesabatında bildirilib.
Bildirilib ki, daha 366 nəfər isə itkin düşmüş hesab olunur.
Xilasetmə xidmətləri axtarış əməliyyatlarını davam etdirir və zərər çəkmiş rayonlara yardım göstərir.
.
