“Son vaxtlar ölkəmizdə koronavirusa yoluxanların sayında artım olub”.

Bunu bu gün Milli Məclisin növbədənkənar sessiyasının iclasında spiker Sahibə Qafarova bildirib.

S. Qafarova deyib ki, bunun səbəbi epidemiya əleyhinə, sanitar-gigyena və karantin rejimlərinin tələblərinə etinasız yanaşmadır: “Bununla əlaqədar İnzibati Xətalar Məcəlləsində cərimə sanksiyalarının sərtləşdirilməsi nəzərdə tutulur. Yalnız rəqəmlər dəyişdiyi üçün layihə bir oxunuşda qəbul ediləcək”.

.