Rusiyanın Sakit Okean Donanmasının yoxlanılmasında 25 mindən çox hərbçi iştirak edir.
Bunu Rusiya müdafiə naziri Sergey Şoyqu ölkə başçısı Vladimir Putinə məruzəsində bildirib.
Onun sözlərinə görə, aprelin 14-dən Sakit Okean Donanmasının qəfil yoxlanılmasına başlanılıb: "Buraya 25 mindən çox hərbi qulluqçu, 167 döyüş gəmisi və yardımçı gəmilər, o cümlədən 12 sualtı qayıq, 89 təyyarə və helikopter cəlb olunub”.
Rusiya prezidenti Vladimir Putin Sakit Okean Donanmasının qəfil yoxlamasının birinci mərhələsinin çox yüksək səviyyədə keçirildiyini bildirib.
.
