Rusiya müdafiə naziri Sergey Şoyqu Silahlı Qüvvələrin maddi-texniki təminatına cavabdeh olan general-polkovnik Aleksey Kuzmenkovun qarşısına xüsusi hərbi əməliyyat aparılan ərazilərdə qoşunların bütün lazımi silahlarla və hərbi texnika ilə fasiləsiz və ritmik təchizatı məsələlərini xüsusi nəzarətdə saxlamaq vəzifəsini qoyub.

Bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edək ki, bu gün “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin Ukraynanın Baxmut şəhərini mayın 10-da tərk edəcəklərini açıqlayıb. O, bu qərarı silahlı qruplaşmanın silah-sursatla təmin olunmadığına görə verdiyini və bu işdə Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovun günahkar olduğunu açıqlayıb.

Xatırladaq ki, aprelin 27-də Rusiya MN-də kadr dəyişikliyinin baş verib, general-polkovnik Mixail Mizintsevin müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini vəzifəsini itirib. Onun yerinə Aleksey Kuzmenkov təyin olunub.

Mizintsevin isə “Vaqner”ə qoşulmasına dair məlumatlar yayılıb.

.