ABŞ və NATO-nun fəaliyyətləri Avropada hərbi təhlükənin artmasına yardım edir.

Bu barədə Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin müdafiə nazirlərinin Düşənbədə keçirilən iclasında bildirib.

“Amerika Birləşmiş Ştatlarının və NATO-nun Avropa regionundakı qoşunlarının döyüş hazırlığını artırmaq və ön xətti gücləndirmək üçün fəaliyyətləri hərbi təhlükənin artmasına kömək edir. Hərbi infrastruktur modernləşdirilir, əməliyyat və döyüş hazırlığının intensivliyi artır və Amerikanın “dörd-otuz” konsepsiyası həyata keçirilir”, - deyə Rusiyanın müdafiə naziri vurğulayıb.

O, Ukraynadakı milliyyətçi əhval-ruhiyyənin Donbassda, o cümlədən Rusiya ilə sərhəd rayonlarda silahlı münaqişəyə səbəb olduğunu qeyd edib.

Şoyqu NATO qüvvələrinin ”Defender Europe” hərbi təlimlərinə münasibət bildirib

Rusiya ”Defender Europe” təlimləri çərçivəsində NATO qüvvələrinin Avropada yerləşdirilməsinin gedişatını diqqətlə izləyir.

Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin müdafiə nazirlərinini Düşənbədə keçiriən iclasında NATO-nun Avropadakı təlimlərinə münaisbət bildirərkən deyib.

"Defender Europe təlimləri çərçivəsində NATO qüvvələrinin Avropaya gətirilməsi və yerləşdirilməsinin gedişatını diqqətlə izləməyə davam edirik. ABŞ-ın milli qvardiyası qoşunlarının 29-cu diviziyasının 53-cü quru qoşunları briqadasının gətirilməsini müşahidə edirik, hansı ki, srağagün Albaniyanın Durres limanına çatmışdı. Onlarla birlikdə 750 ədəd hərbi texnika gətirilib”, - deyə Şoyqu qeyd edib.

.