Sosioloji sorğuda iştirak edən Moldova vətəndaşlarının yarısı ölkənin NATO alyansına üzvlüyünün əleyhinə olduğunu bildirib.
Bu barədə məlumat hakim "Fəaliyyət və Həmrəylik" partiyasına yaxın “WatchDog.MD” qeyri-hökumət təşkilatının təqdim etdiyi ictimai rəy sorğusunun hesabatında verilib.
Bildirilib ki, 10-19 iyun tarixlərində keçirilən sorğuda 1121 nəfər iştirak edib.
Dnestryanı bölgənin sakinləri sorğuda iştirak etməyiblər.
Yerli “Date Inteligente SRL“ şirkətinin sorğusunun nəticələrində isə deyilir ki, ölkənin Alyansa daxil olmasının əleyhdarlarının sayı son bir neçə ayda təxminən 8 faiz artıb.
.
