Təhsillərinin birinci tədris ilinin ilk semestrindən (yarımildən) sosial təhsil tələbə kreditindən istifadə etmək hüququna malik olan tələbələrin əhatə dairəsi genişlənib.
Bu barədə Nazirlər Kabinetinin "Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası"na dəyişiklikdə əksini tapıb.
Bu sıraya ailə başçısını itirməyə görə əmək pensiyası alanlar və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edərək “Müharibə veteranı” adı almış şəxslər daxil edilib.
Nazirlər Kabinetindən verilən məlumata görə, əhalinin sosial həssas qrupuna aid daha iki kateqoriyadan olan tələbələr - ailə başçısını itirməyə görə əmək pensiyası alanlar və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edərək “Müharibə veteranı” adı almış şəxslər -Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına sosial təhsil tələbə krediti almaq hüququna malik şəxslərin siyahısına əlavə edilib.
.
