Çində istehsal olunan süni yumurtaya Gürcüstan bazarında rast gəlinib. Həmin yumurtanın birini Gürcüstanda olan azərbaycanlılardan birini alıb. Yumurtanı sındırdıqdan sonra onun sarısının qəribə olmasının fərqinə varıb. Vətəndaş, yumurtanın sarısını əli ilə tərpətdikdə onun plastikə bənzər şəkildə olduğuna diqqət çəkib.

"Marketdən aldığım yumurta süni çıxdı. Qaynadanda sarısı rezin kimi oldu. Süni yumurta kənd yumurtasından baha olduğu üçün birinciyə üstünlük verə bilərsiniz, amma sağlamlığınızı da unutmayın. Aldığım süni yumurtanı geri qaytaracam. Gürcüstanda yaşayan azərbaycanlıların ehtiyyalı olmasını istəyirəm”.

Bunu "Bizim Yol”a hazırda Gürcüstanda olan Ayşən Şirəliyeva bildirib.

O hazırladığı videogörüntə də, kənd yumurtası ilə süni yumurtanı başqa formada da müqayisə edib. Belə ki, hər iki növ yumurtanı sıxıb. Kənd yumurtasından fərqli olaraq saxta yumurtanın sınıb.
Yenizaman.az

.