Erməni hərbçilər sianid çəlləkləri ehtiyatı toplayırlar
Məlumatlı mənbələrdən əldə edilən xəbərlərə əsasən, son aylar Ermənistan silahlı qüvvələri kimyəvi silah ehtiyatı toplayır.
Söhbət artıq Ermənistanın bir dəfə Azərbaycana qarşı tətbiq etmə təcrübəsi olan sianiddən gedir.
Xatırladaq ki, 1990-cı illərin əvvəllərində Azərbaycan torpaqlarının işğalı zamanı Ermənistan silahlı qüvvələri tərəfindən zəhərli kimyəvi başlığı olan mərmi və güllələrin istifadə edilməsini təsdiq edən sənədli materiallar var.
20 il sonra danışıqlar prosesində güzəştə getmək istəməyən Ermənistan rəhbərliyi, Azərbaycana qarşı kimyəvi silah tətbiqinin "uğurlu" təcrübəsini yada salır və bu istiqamətdə fəaliyyət həyata keçirir.
Yenizaman.az day.az saytına istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin sianid ehtiyatı toplaması barədə bu günlərdə Ermənistanda olan Rusiya qızılçıxarma şirkətlərindən birinin əməkdaşı məlumat verib. Adının açıqlanmamasını xahiş edən mənbənin sözlərinə görə, Ararat qızıl emalı fabriki nədənsə sianid qalıqları olan çəlləkləri ölkənin qeyd olunan zonalarındakı hərbi hissələrə verir.
Məsələ burasındadır ki, Ermənistanın əsasən xarici investorlara məxsus olan qızılçıxarma sənayesində sianid maddəsi çox geniş istifadə olunur. Mənbənin fikrinə görə, görünən odur ki, hansısa xüsusi hərbi məqsədlər üçün sianid ehtiyatı toplamaq lazımdır. Ararat vilayəti Türkiyə, Naxçıvan Muxtar Respublikasının Şərur və Sədərək rayonları ilə sərhəddə yerləşir. Ermənistanın Türkiyə ilə sərhədini Rusiyanın Federal Təhlükəsizlik Xidməti qoruyur. Erməni hərbçiləri isə Azərbaycan ilə sərhəddə yerləşiblər. Həmin ərazidən Naxçıvan Muxtar Respublikası üçün həyati əhəmiyyət kəsb edən Arpaçay keçir. Burada Ermənistan silahlı qüvvələrinin kimyəvi hücum hədəfi ola biləcək çoxsaylı yaşayış məntəqələri yerləşir. Xarici şirkətlər Ermənistandan olan biznes tərəfdaşlarının hərəkətlərindən narahatlıq keçirirlər. Axı Ermənistan hərbçilərinin Naxçıvana sianidlə bağlı yönəlmiş hər hansı manipulyasiyaları, qızıl çıxaranların özlərinin reputasiyasına mənfi təsir edə bilər ki, bu da öz növbəsində Azərbaycana problemlər yarada bilər.
Sözsüz ki, Ermənistanda sianid olmasını qızıl çıxaran şirkətlərin maraqları ilə əsaslandırmaq olar. Ancaq Azərbaycanla sərhədə yaxın hərbi hissələrdə sianid ehtiyatları toplamaq tamam fərqli bir şeydir. Ümid etmək istərdik ki, beynəlxalq ictimaiyyət bu fakta diqqət yetirəcək və Ermənistanın kimyəvi hazırlığını dayandıracaq. Çünki bu hazırlıq region üçün ciddi ekoloji fəlakətlərə səbəb ola bilər.
.
