ABŞ prezidentliyinə seçkilərə üç həftə qalmış Demokratlar partiyasından namizəd Hillari Klinton Respublikaçılar partiyasından olan rəqibini 11% səs çoxluğu ilə geridə qoyub. 

Yenizaman.az xəbər verir ki, bu barədə NBC telekanalının "Wall Streеt Journal” ilə bərabər apardığı sorğunun nəticələrinə görə məlumat yayılıb.  

Sorğunun nəticələrinə görə, seçicilərin 48%-i ABŞ-ın sabiq dövlət katibinə, 37%-i isə milyardçı Donald Trampı dəstəkləyir.

Sorğu oktyabrın 10-dan 13-nə qədər keçirilib. Sorğuda qeydiyyatdan keçmiş 1000 seçici işitrak edib. 

.