Ukraynanın hücumunun dəf edilməsi zamanı 71 rusiyalı hərbçi həlak olub.

Bunu Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib

Onun sözlərinə görə, Ukraynanın hücumunun qarşısını alarkən 219 nəfər yaralanıb.

Rusiyanın müdafiə naziri bildirib ki, 15 tank və 9 piyada döyüş maşını vurulub.

Şoyqu həmçinin bildirib ki, bütün istiqamətlərdə 3 gün davam edən döyüş əməliyyatları zamanı Ukrayna Silahlı Qüvvələrinin itkiləri 3715 hərbçi, 52 tank, 207 zirehli texnika, 134 texnika, 5 təyyarə və 2 helikopter təşkil edib.

.