Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 21 yeni yoluxma faktı qeydə alınıb, 22 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 828 195 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 944 nəfər müalicə olunaraq sağalıb, hazırda 153 aktiv xəstə var. Bu günə qədər 10 098 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 980, bu günə qədər isə ümumilikdə 7 503 034 test icra olunub.
.