İsti hava kütlələrinin ölkəyə daxil olması nəticəsində hava şəraitinin mülayim, əsasən yağmursuz keçməsi, havanın temperaturunun bir qədər yüksək olması müşahidə olunur.

Bunu Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Xidmət rəsmisi bildirib ki, isti hava kütlələrinin ölkəyə daxil olması nəticəsində hava şəraitinin mülayim, əsasən yağmursuz keçməsi, havanın temperaturunun bir qədər yüksək olması müşahidə edilir.

G.Məmmədovanın sözlərinə görə, son 10-15 il ərzində Bakıda havanın maksimal temperaturu fevralda 25 dərəcə isti olub:

"Bu il isə hələ 2026-ci il fevral ayının 17-dək havanın maksimal temperaturunun bölgələrdə və Bakıda, eləcə də Abşeron yarımadasında 20-23 dərəcə istiyədək yüksəlməsi müşahidə olunur".

.