Türkiyənin cənub-şərqində Diyarbəkir şəhərində güclü partlayış baş verib.
ATV.az xəbər verir ki, yerli vaxtla saat 14:15-də PKK terrorçuları Diyarbəkir-Mardin yolu üzərində, Diyarbəkrin Çinar rayonunun girişində içərisində bomba olan avtomobili partladıblar. Partlayış nəticəsində xeyli sayda yaralıların olduğu deyilir. Hadisə yerinə çoxlu sayda təcili yardım briqadaları göndərilib.
Bölgədə geniş miqyaslı əməliyyat başlayıb.
.
