“2003-cü ildən bu günə qədər xaricdə təhsil almış 32 mindən çox şəxsin diplomu tanınıb”.
Bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədr müavini, sədr vəzifəsinin müvəqqəti icraçısı Kamran Rəsulov “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması: prosedurlar və diqqət yetirilməli məqamlar” adlı konfransda çıxışı zamanı deyib.
O qeyd edib ki, noyabrın 15-nə olan məlumata görə, bu gün 6 144 sənəd ekspertizadadır, bu rəqəm ötən illə müqayisədə 74% çoxdur.
.