2021-2022-ci tədris ili ərzində 6544 tələbəyə kredit verilib.

Bu barədə Təhsil Nazirliyindən xəbər verilib.

Bildirilib ki, kreditlərin 2379-u sosial, 4165-i standart yönümlüdür.

Təhsil tələbə kreditinin ayrılmasında məqsəd təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılması və təhsilin əhatə dairəsinin genişləndirilməsidır.

.