![](/uploads/img/posts/2024/05/09/1aa384fc-69c3-34eb-8b9e-282e715f2938_850jpg-1715241078.jpg)
Ukraynadakı müharibə uzana bilər, Avropa ölkələri Kiyevə daha çox “Patriot” hava hücumundan müdafiə sistemləri verməlidir.
Yenizaman Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniya Kansleri Olaf Şolts bildirib.
“Hamımıza aydındır ki, bu müharibənin istədiyimizdən daha uzun sürməsinə hazır olmalıyıq”, - o deyib.
Şolts Avropa ölkələrini Ukraynaya daha da çox hava hücumundan müdafiə sistemləri verməyə çağırıb.
.