Almaniya kansleri vəzifəsini icra edən Olaf Şolts "Almaniya üçün Alternativ" (AfD) partiyasının qadağan edilməsi prosedurunda tələsməməyin lazım olduğunu bildirib.

Yenizaman Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

"Mən tez zərbəyə qarşıyam, biz təsnifatı diqqətlə qiymətləndirməliyik", - O.Şolts bildirib.

O qeyd edib ki, Almaniya Konstitusiyasının Müdafiəsi üzrə Federal İdarə AfD-nin sağçı ekstremist kimi təsnifatı üçün çox ətraflı əsaslandırma təqdim edib: “Lakin partiyanın mümkün qadağan edilməsi proseduru tələsik olmamalıdır”.

Daha əvvəl Almaniya Konstitusiyasının Müdafiəsi üzrə Federal İdarə "Almaniya üçün Alternativ" partiyasının bütövlükdə sağçı ekstremist kimi təsnif etmişdi. Bununla yanaşı, AfD-nin mümkün qadağan edilməsi ilə bağlı siyasi müzakirələrin sürətlənəcəyi ehtimal olunur.

.