Almaniya kansleri Olaf Şolts Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkiyə-Hollandiya matçını izləmək üçün Almaniyaya səfər edəcəyindən məmnun olduğunu bildirib.

Prezident Ərdoğanla mütəmadi dialoqda olduğunu bildirən Şolts onunla tez-tez beynəlxalq görüşlərdə görüşdüyünü, telefonla da danışdığını vurğulayıb.

Qeyd edək ki, Türkiyə ilə Hollandiya yığmaları arasında 1/4 final matçı bu gün Almaniyanın paytaxtı Berlindəki Olimpiya Stadionunda Bakı vaxtı ilə saat 23.00-da baş tutacaq.

.