İqlim konfransını qalıq yanacaq istehsal edən ölkələrin keçirməsi də yaxşı haldır.

Bunu Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibli görüşdən sonra keçirilən mətbuat konfransında Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts bildirib.

Olaf Şolts deyib ki, karbohidrogen istehsal edən ölkələrin bu yanacaqdan istifadəni azaltması da vacibdir: “Bu, bizə müəyyən şanslar verir. COP28 uğurlu keçib, Bakıda qarşıda COP29-un da uğurla keçəcəyinə inanıram”.

.