"FETÖ” terror təşkilatının rəhbəri Fətullah Gülən ABŞ prezidentliyinə Demokratik Partiyadan namizəd olan keçmiş dövlət katibi Hillari Klintonla görüşüb.
Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın "Judicial Watch” insan hüquqları təşkilatı məlumat yayıb.
Məlumata görə, Fətullah Gülən bu il noyabrın 8-də ABŞ-da keçiriləcək prezident seçkilərində Hillari Klintonu dəstəkləyəcəyini bildirib.
Bundan əlavə, Fətullah Gülən Hillari Klintonun seçkilərdə qalib gələcəyinə böyük inam bəslədiyini söyləyib.
"Judicial Watch” təşkilatı xatırladır ki, Fətullah Gülənlə Hillari Klinton arasında yaxşı münasibətlər xeyli müddət öncə yaranıb: "Hələ 2009-cu ildə Fətullah Gülənin yaxın adamlarından biri Hillari Klinton dövlət katibi işləyən zaman onun müavini olmuş Huma Abedindən Türkiyədə böyük tədbir keçirilməsi üçün prezident Barak Obama ilə əlaqə yaratmasını və onlara kömək etməsini xahiş edib. Bundan əlavə, Fətullah Gülən Hillari Klintonun dəstək kampaniyalarını həyata keçirən "Podesta Grubu” lobbi şirkəti ilə yaxından əməkdaşlıq edib”.
"Judicial Watch” təşkilatı Fətullah Gülənlə Hillari Klintonun elektron yazışmalarını əldə etdiyini də bəyan edib.
