Soçidə Türkiyə, Rusiya və İran prezidentlərinin Suriya məsələsinə dair üçtərəfli sammiti başlayıb.
Türkiyə KİV-i xəbər verir ki, toplantıda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiyanın dövlət başçısı Vladimir Putin və İran prezidenti Həsən Ruhani iştirak edir.
Qeyd edək ki, bu görüşdən bir gün əvvəl, noyabrın 21-də Rusiya prezdenti Vladimir Putin BMT-nin tanıdığı Suriya rəhbəri Bəşşar Əsədlə görüşüb.
.
