Yaxın vaxtlarda H.Əliyev adına NEZ təmirə dayanacaq. Bu barədə Turan-a SOCAR şirkətində məlumat veriblər.
"Təmir plan üzrədir. İldə bir dəfə NEZ-i dayandırıb texnoloji xətləri, avtomatlaşma və mövcud sistemin təhlükəsizliyini vəs yoxlayırıq”, deyə mənbə bildirib.
Onun sözlərinə görə, əvvəlcədən benzin (Aİ-80, Aİ-92) və dizel yanacağım ehtiyatı hazırlanıb.
Qeyd edək ki, 2014-cü ilin aprelindən H.Əliyev adına NEZ Aİ-95 benzini istehsalını dayandırıb. Hazırda Aİ 95 və Aİ-98-i SOCAR və Azpetrol şirkətləri idxal edir.
SOCAR-da qeyd ediblər ki, H.Əliyev adına NEZ iyunun sonunda fəaliyyətini bərpa edəcək.
H.Əliyev adına NEZ-də 2300 nəfər (keçmiş "Azərneftyağ”ın işçiləri nəzərə alınmadan) çalışır.

.