SOCAR ilə Macarıstanın “MOL Group” şirkəti arasında Azərbaycanın Şamaxı-Qobustan sahəsində kəşfiyyat və hasilat üzrə pay bölgüsü sazişi imzalanıb. Sazişi SOCAR-ın prezidenti Rövşən Nəcəf və “MOL Group”un İdarə Heyətinin sədri və baş icraçı direktoru Jolt Hernadi imzalayıblar.
SOCAR-dan verilən məlumata görə, layihənin operatoru olan “MOL Group” birgə kəşfiyyat layihəsində 65%, SOCAR isə 35% paya malikdir.
Layihə çərçivəsində seysmik tədqiqatların 2026-cı ilin əvvəlində başlanması, daha sonrakı mərhələdə isə qazma işlərinin aparılması planlaşdırılır.
Qeyd edək ki, 3 iyun 2025-ci il tarixində “Bakı Enerji Həftəsi” çərçivəsində SOCAR ilə “MOL Group” şirkəti arasında imzalanan Əsas Şərtlər Sazişindən sonra bu tam razılaşdırılmış sənəd iki şirkət arasında əvvəlki uğurlu əməkdaşlıq üzərində qurulan strateji tərəfdaşlıqda mühüm mərhələdir.
.
