Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin xatirəsi Sloveniyada yad ediləcək.
Virtualaz.org Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, mayın 7-dən 11-dək Sloveniyanın Lyublyana şəhərində Sovet İttifaqı Qəhrəmanı, keçmiş Yuqoslaviyada "Mixaylo” ləqəbi ilə tanınmış məşhur azərbaycanlı partizan Mehdi Hüseynzadənin xatirəsinə həsr edilmiş anma tədbirləri keçiriləcək.
Tədbirlərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndələri də iştirak edəcək.

.