Slovakiyanın sui-qəsdə məruz qalan Baş naziri Robert Fitsonun vəziyyəti son dərəcə ağırdır.

Yenizaman-ın xəbərinə görə, bunu ölkənin yeni seçilmiş Prezidenti Peter Pelleqrini deyib.

Robert Fitsoya müalicə olunduğu xəstəxanada baş çəkdikdən sonra mətbuata açıqlama verən yeni dövlət başçısı onu bir neçə dəqiqə görə bildiyini vurğulayıb:

“Baş nazir Robert Fitso sadəcə bir neçə söz deyə bildi. O, çox yorğun görünürdü”, – Pelleqrini fikirlərini yekunlaşdırıb.

.