Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilər yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.
Bildirilib ki, RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən rayon sakini Şahin Hacıyev saxlanılıb.
Ona məxsus rayon ərazisində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə keçirilən baxış zamanı oradan aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi, ümumi çəkisi 38 kq 500 qram olan 15 ədəd çətənə kolu, eləcə də bir kiloqramdan artıq qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı Siyəzən RPŞ-də araşdırma aparılır.
Xatırladaq ki, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.
.
