Sənədsiz evlərin sənədləşdirməsi problemi var.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

“Evlər sənədləşdirilsə, o bələdiyyəyə vergi verəcək. Sənədsiz evlərin sənədləşdirilməsi prosesi sürətləndirilməlidir. Torpaqların kateqoriyalılığı problemi var. Bir torpağın kateqoriyasının dəyişməsinə 6 nazirlikdən icazə alınmalıdır. Buna görə insanlar torpaqlardan istifadə edə bilmir", - deyə Siyavuş Novruzov qeyd edib.

.