Azərbaycan və Türkiyə tələbələrinin hərbi, tibbi və digər sahələrdə bir-birinin ölkəsində qarşılıqlı təhsil almaları vacibdir.
Bunu deputat Siyavuş Novruzov Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib.
Deputat qeyd edib ki, Azərbaycanda müxtəlif ölkələrin məktəbləri fəaliyyət göstərir, məsələn, Avropa, yaxud rus məktəbləri:
"Hesab edirəm ki, Türkiyə məktəbləri üstünlük təşkil etməlidir. Türkiyədə hərbi təhsil alan azərbaycanlı tələbələrin ordumuzun gələcəkdə NATO standartlarına uyğun qurulmasında yeri və rolu böyükdür".
S.Novruzov əlavə edib ki, Türkiyədə təhsil alanların Azərbaycana qayıdıb fəaliyyətlərini burada davam etdirmələrinə çalışılmalıdır.
.
