Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri və bir qrup politoloq Zəngilan rayonunda səfərdədir.
Оnlar rayonda aparılan bərpa-quruculuq layihələri ilə yaxından tanış olacaqlar.
Həmçinin iştirakçılara “Böyük qayıdış”ın rəmzi olan “Ağıllı kənd” və “Yaşıl enerji” layihələri çərçivəsində görülmüş işlərlə bağlı geniş məlumat veriləcək. 
Daha sonra partiya sədrləri Bəsitçay Dövlət Təbiət Qoruğunu da ziyarət edəcəklər.

.