Qərb ölkələri hesab edir ki, Ukrayna Rusiya ilə danışıqlara yalnız onun daha əlverişli hərbi şəraiti olduqda başlamalıdır,

TASS xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Fransanın xarici işlər naziri Ketrin Kolonna ilə görüşündə bildirib.

“Biz atəşkəs və sülh danışıqlarına dərhal başlamaq istərdik. Görünür, Fransanın mövqeyi bütün digər Avropa ölkələrinin mövqeyi kimi bizimkindən fərqlidir”, - deyə Siyarto vurğulayıb.

O Qərb dövlətlərinin Kiyevi danışıqlara sövq etmədiyinin səbəbini açıqlayıb.

“Görünür danışıqlara başlamaq üçün Ukrayna üçün hərbi vəziyyət baxımından daha əlverişli şərait gözlənilir”, - deyə o bildirib.
 

.