Şirvan Doğum evində doğuş zamanı körpə ölümü baş verib

Ötən gecə Şirvan Doğum evində Sabirabad rayonunun Məmişlər kənd sakini, 2001-ci il təvəllüdlü Bünnətova Elnurə Fariz qızı oğlan uşağı dünyaya gətirib.

Ailə üzvlərinin bildirdiyinə görə körpə doğuş zamanı ölüb. Meyit müayinə olunmaq üçün Şirvan morquna yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

.