Ukrayna Silahlı Qüvvələrinin baş komandanı postunu tərk edən Aleksandr Sırski bu il onun komandanlığı altında ölkə ərazisinin 743 kvadratkilometrinin azad edildiyini bildirib.

Bu barədə onun sosial şəbəkələrdəki müraciətində deyilir.

Sırskinin sözlərinə görə, onun komandanlığı dövründə Ukrayna hərbçiləri Xarkov vilayətində Rusiya qoşunlarının hücumunu dayandırıb, Sumı vilayətində hücumun qarşısını alıb və Kursk əməliyyatını keçiriblər.

Sırski qeyd edib ki, xələfinə nəinki müdafiəni qoruyub saxlayan, həm də hücum vəziyyətində olan ordu təhvil verir.

"Səmimi qəlbdən ümid edirəm ki, bu hücum davam etdiriləcək. Bunun üçün lazım olan hər şey var. Böyük müharibə zamanı orduya rəhbərlik etmək hər bir zabit üçün çox böyük məsuliyyətdir", - o qeyd edib.

Ukrayna Prezidenti Volodimir Zelenski Mixail Drapatının Ukrayna Silahlı Qüvvələrinin baş komandanı vəzifəsinə təyin olunacağını bildirib.

.