Smithfield ya da Gregory Külliyatı (13-cü əsr)
Bu kitabın əsas sirri mətnlərində yox, rəsmlərdədir. Papa 9. Gregory tərəfindən dini hökmləri izah etmək üçün nəşr olunan bu kitabda, həmin dövrün dəbinə uyğun olaraq mətnlərlə yanaşı, kalliqrafiyalar və illüstrasiyalar da var. Məhz qəribəliklər də burada başlayır. Adətən Məryəm Ana, İsa və digər müqəddəslərin bəzədiyi dini külliyyat səhifələrinin əksinə, bu külliyyatda qılıncla baş kəsən nəhəng dovşanlar, canavarı edam edən qazlar və tək buynuzlu atlar kimi Xristian təlimləriylə (rəsmlərdə göründüyü kimi) açıq-aşkar ziddiyyət təşkil edən təsvirlər var. Bu mətnləri araşdıran din adamları və tarixçilər, Smithfield külliyyatının sirrini hələ də anlaya bilməyiblər.

Ripley mətnləri (15-ci əsr)

Isaac Nyutonun da kimya və gizli elmlərə maraq duyaraq, yaxından təqib etdiyi böyük kimyagər George Ripley kimyagərlikdə ən tanınmış şəxslərdən biriydi. Yazdığı mətnlərdə sirli fəlsəfə daşının necə hazırlanmalı olduğunu təsvir edir, metalları qızıla çevirməyin yollarını izah edirdi. Naməlum və şifrəli bir yazı dili istifadə edən Ripley’in mətnlərində ölümsüzlüyün sirrini verdiyi də deyilir. Ripley’in ən sirli mətni isə, 6 metr uzunluğundakı papirus perqament idi. Maraqlı illüstrasiyalara sahib bu mətnin sirri hələ də aşkarlanmayıb.

Voynich əlyazması (15-ci əsr)
Yale Universitetinin bir hissəsi olan Beinecke nadir kitablar və əlyazmalar kitabxanasında indiyə qədər heç kimin oxumağı bacara bilmədiyi bir kitab var. Adı kitabı 1912-ci ildə bir yolla ələ keçirmiş Polşalı kitabçı Wilifrid Voynich’dən qaynaqlanan , daha əvvəl görülməmiş bir dildə qələmə alınmış bu əlyazma illərdir edilən səylərə baxmayaraq, heç cür həll edilə bilmir. Karbon 14 testi nəticəsində 15-ci əsrdə yazıldığı məlum olan kitab, tapılmasından 100 il keçməsinə baxmayaraq, hələ də sirrini qoruyur. İçində astronomiya və botanika elmləriylə əlaqədar şeyləri izah edirmiş kimi görünən qəribə illüstrasiyalar olan kitab, bəzi alimlərə görə bir saxtakarlıq, bəzilərinə görə isə dünya və kainatla əlaqədar hələ həll edilməyi gözləyən böyük sirlər daşıyır.

Prodigiorum Ac Ostentorum Chronicon* (1557)

Latıncadan "Əlamətlər və Kəhanətlər” xronologiyası olaraq tərcümə edilən bu kitab Adəm və Həvva dövründən bəri yaşanan bütün fövqəltəbii hadisələri izah edən bir ensiklopediyadır. Fransız humanist Conrad Lycosthenes tərəfindən qələmə alınan kitabda, meteor yağışlarından (Halley quyruqlu ulduzunun görünməsi də daxil olmaqla), sellərə və zəlzələlərə qədər kəhanət olaraq görülmüş bütün təbiət hadisələrindən xronoloji olaraq bəhs edilir. Bəzi səhifələrində UFO’ya bənzəyən rəsmlər və dəniz canavarı təsvirlərinə də rast gəlinən bu qəribə kitab, mistika ovçularını hələ də heyrətə salmağı bacaran nadir əlyazmalardan biridir.

Soyga kitabı (16-cı əsr)

16-cı əsrdə yaşamış riyaziyyatçı, astroloq, kimyagır və okkultist John Dee‘yə aid bu kitabın cadu tərifləri ehtiva etdiyinə inanılır. İçindəki şəkillərin və yazıların sirri hələ də həll edilməmiş olan kitab, müəyəyn dövr Kraliça Elizabeth üçün məsləhətçilik etmiş olan Dee’nin geniş kitabxanasının ən əhəmiyyətli parçası idi. Kitab, Dee’nin ölümündən sonra itmiş, daha sonra təəccüblü şəkildə 1994-cü ildə Deborah Harkness adlı bir alim tərəfindən Britaniya Milli Kitabxanasında tapılmışdı. Bəzi din alimləri Soyga Kitabının, Köhnə Əhddən əvvəl şeytan tərəfindən endirilmiş olduğunu iddia edir. ‘Soyga’ antik yunan dilində ‘müqəddəs’ mənasını verir.

Popol Vuh (1701)

Guatemala’da missionerlik edən Dominikan rahib Francisco Ximénez’in tapdığı bu mətnlər, Maya sivilizasiyasının istifadə etdiyi Kiçe əlifbasıyla yazılmış bir əlyazmalardır. "İnsanların Kitabı” mənasını verən Popol Vuh əlyazması, rahib Ximenez tərəfindən ispan dilinə tərcümə edilib. Mayaların minillik şifahi ənənəsinin yazıya köçürülmüş halı olan bu əlyazma dünyanın yaradılış hekayəsini və digər Orta Amerika mifologiyalarından nümunələri özündə ehtiva edirdi. Ximénez’in bu kitabı necə tapdığını açıqlamaması kitabı daha da sirli edirdi. Üstəlik kitabı ispan dilinə tərcümə etmək üçün kimin ona kömək etdiyi də bilinmirdi. Qızıl dəyərindəki bu kitabələr bu gün Maya mədəniyyətinə işıq tutan ən əhəmiyyətli sənədlər kimi qəbul edilir.

Rohonc mətnləri (19-cu əsr)

Mövcud olan ən sirrli əlyazmalardan biri olan Rohonc Mətnlərinin nə izah etdiyi və haradan gəldiyi bilinmir. 19-cu əsrdə şəxsiyyəti məlum olmayan bir şəxs tərəfindən Macarıstan Elm Akademiyasında ianə olunan bu kitabın izinə düşmək mümkün deyil. Bir çox dilçi tərəfindən araşdırılan, lakin həll edilə bilməyən mətnin vərdiş etdiyimizdən çox fərqli olan 200 fərqli simvoldan ibarət əlifbası müasir dillərin heç birinə uyğun gəlmir. Bundan başqa kitabdakı şəkillərdən kitabın yazıldığı coğrafi məkana dair məlumat əldə etmək də mümkün deyil. Bir çox filoloq və tarixçi tərəfindən bir yalandan ibarət olduğuna qərar verilən kitabın bütün səhifələrinəburadanbaxa bilərsiniz.

Zodiak qatilinin məktubları (1960-1970)

1960 və 1970-ci illər arasında 20-28 adamı öldürdüyü iddia edilən Zodiak adlı qatil cinayətlərdən sonra qəzetlərə qəribə məktublar göndərirdi. Şifrəli olan bu məktublardan yalnız biri həll edilə bilib. Məktublarda qatilin qurbanlarından bəhs etdiyi və öz şəxsiyyəti haqqında məlumat verdiyi düşünülür.


Codex Seraphinianus (1981)

Heç kimin həll edə bilmədiyi bir dildə yazılan bu kitab, reallıqdan uzaq fiqurlar və qəribə illüstrasiyalarla doludur. Ensiklopediya formatında yazılmış kitabın yazıçısı italyan memar Luigi Serafini, kitabın məlumatlara dayanan elmi iş olduğunu iddia edirdi. Şəkillər də daxil olmaqla, bütünlüklə əlyazma olan bu kitabı araşdıran alimlər fantaziya məhsulu olduğu çox açıq-aşkar olan bir işlə qarşılaşmışdılar. Amma buna baxmayaraq bəzi dilçi alimlər yazıların şifrəli yazılmış olduğunu düşünərək, kitabın mənasını həll etməyə səy göstərib. Bu cəhdlərin demək olar ki hamısı uğursuzluqla nəticələnsə də, bəzi filoloqlar yazıların şifrəli olması mövzusunda təkid edirlər.

Mənbə: Pahoo.az
.