
Bakı Apelyasiya Məhkəməsində Müsavat Partiyasının üzvü Sirac Kərimlinin apelyasiya şikayəti əsasənda məhkəmə prosesi başa çatıb.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, məhkəmə şikayəti təmin etməyib.
Qeyd edək ki, Sirac Kərimli 17 iyul, 2014-cü ildə həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, gəzdirmə) maddəsi ilə ittiham irəli sürülüb.
S.Kərimli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.