Aktrisa Skarlett Yohansson "W Magazin” jurnalının mart buraxılışına müsahibə verib.
Aktrisa onun sinəsini hər kəsin açıq şəkildə gördüyünü deyib:
"Ona görə də elə burada, hamının yanında alt paltarımı dəyişə bilərəm”.
S.Yohansson gələn ay ekranlara çıxacaq "Under the Skin” filmində çılpaq çəkildiyini bildirib.
Bu yaxınlarda ana olan aktrisa övladı ilə bağlı duyğularını dilə gətirib:
"Körpəm qucağıma veriləndə çox təəccübləndim. Bir uşağın nəyə oxşadığına dair beynimdə bir obraz var idi. Amma təbii ki, mənimki o obrazdan fərqli idi. Tamamilə möhtəşəm bir şeydir! Düşündüyümdən daha möhtəşəm!..”.
Yohansson uşaqlığını xatırlayaraq aktrisa olmaq üçün çox çalışdığını deyib:
"Uşaq olarkən aktyor seçimlərində iştirak edərdim. Mən obrazı təqdim etmək barədə istedadsızam. Seçimlər zamanı verilən rolları heç vaxt yaxşı oynaya bilmirdim. Evə dönərkən metroda ağlayırdım. Anam deyərdi ki, özünə başqa iş tap. Mən deyirdim, yox. Xəyallarımı əlimdən ala bilməzsən, aktrisa olmaq istəyirəm. Hər zaman dua edərdim”. (axsam.az)
.