
"Media Takip Ajansı” ötən ay Türkiyədə haqqında ən çox xəbər yazılan məşhurların adlarını açıqlayıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, siyahıda ilk yeri aktrisa Sinem Kobal tutub. Aktyor Kənan İmirzalıoğlu ilə yaşadığı eşq macərasına görə də tez-tez gündəmə gələn aktrisa haqda 391 xəbər hazırlanıb.
İkinci yeri 338 xəbərlə müğənni Murad Boz tutub.
Üçüncü yerdə isə anası Şehriban Yıldırımın xəstəliyi səbəbilə haqqında 310 xəbər hazırlanan Sezen Aksu qərarlaşıb.
.