Yaxın vaxtlarda Ermənistan-Azərbaycan sərhədinin daha bir hissəsi demarkasiya olunacaq.

“Armenpress” xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri bunu Alen Simonyan bildirib.

“Proses davam edir və düşünürəm ki, yaxın gələcəkdə biz sərhədin müəyyən hissəsini də demarkasiya edəcəyik”, - Simonyan qeyd edib.

O, söhbətin sərhədin hansı hissəsindən getdiyini açıqlamayıb.

İrəvan Azərbaycan mallarının Naxçıvan və Türkiyəyə ixracına imkan yaratmalıdır

Enerji daşıyıcılarının nə qədər çox alternativ mənbəyi olsa, bu Ermənistan üçün bir o qədər yaxşıdır.

Bu sözləri parlamentinin spikeri Alen Simonyan jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

O vurğulayıb ki, İrəvan Azərbaycanın öz mallarını Ermənistan ərazisi vasitəsilə Naxçıvana və Türkiyəyə ixrac etməsinə imkan yaratmalıdır. Bu məsələ ilə bağlı Azərbaycanla müzakirələrin davam etdiyini qeyd edən Simonyan belə bir tranzitin yaxın vaxtlarda mümkün ola biləcəyini istisna etməyib.

Simonyan Azərbaycan və Ermənistan deputatlarının geniş formatda görüşünün mümkünlüyünü istisna etmir

Ermənistan parlamentinin sədri Alen Simonyan azərbaycanlı həmkarı ilə geniş tərkibdə Ermənistan və Azərbaycan parlamentariləri arasında təmaslar məsələsinin müzakirəsini istisna etməyib.

O, daim təmaslar üçün bütün beynəlxalq platformalardan istifadə etməyə çalışdıqlarını, azərbaycanlı həmkarının da bu təmasların məntiqi ilə bağlı müsbət fikirdə olduğunu bildirib.

“Hələlik heç bir söhbət olmasa da, İstanbulda keçiriləcək Parlamentlərarası İttifaqın konfransı çərçivəsində mənimlə Azərbaycan Milli Məclisinin sədri arasında gələcək təmasların olacağını güman edirəm. Biz də öz məntiqimizi müzakirə etməyə davam edəcəyik, artıq beynəlxalq kontekstdə olan istənilən formatda əlaqələrimizi genişləndirəcəyik”, - Simonyan qeyd edib.

.