![](/uploads/img/posts/2024/03/27/6da1581b-3f75-3057-a0e7-c1a8921d4757_850jpg-1711536925.jpg)
İrəvan və Moskva Rusiya sərhədçilərinin Ermənistan-Türkiyə sərhədindən çıxarılmasını müzakirə etmir.
Bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
O həmçinin bildirib ki, Rusiya sərhədçilərinin Zvartnots aeroportundan çıxarılması məsələsi həll olunub: “İrəvan və Moskva bunu müzakirə etmir”.
Bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan söyləmişdi ki, Rusiya sərhədçiləri bu il avqustun 1-də hava limanını tərk edəcəklər. Bu, İrəvanla Moskva arasında ziddiyyətləri daha da dərinləşdirmişdi.
.