Ermənistan parlamentinin sədri Alen Simonyan Belçika-Ermənistan parlamentlərarası dostluq qrupunun üzvləri ilə Ermənistanla Azərbaycan arasında sülh prosesini, həmçinin cari regional vəziyyəti müzakirə edib.

Bu barədə "Report" Ermənistan parlamentinə istinadən xəbər verir.

Qeyd olunur ki, Krallığın parlamentinin Belçika-Ermənistan dostluq qrupunun nümayəndə heyəti Elsa Van Hoffun başçılığı ilə Ermənistanda səfərdədir.

"İkitərəfli münasibətlər, Ermənistanda demokratik islahatlar, Ermənistanla Azərbaycan arasında sülh prosesi, həmçinin regional inkişaf əsas müzakirə mövzusu oub", - məlumatda deyilir.

.