Şimali Koreyanın lideri Kim Çen In cari ilin dekabrında Cənubi Koreyaya səfər etməyə hazırlaşır.
"Report” TASS-a istinadən xəbər verir ki, bunu Cənubi Koreyanın CJ qrupunun sədri Son Gyon Sek bildirib.
"Sədr Kim Çen In dekabrda Seula gedəcəyini bildirib”, -deyə o vurğulayıb.
Son Gyon Sek səfərin dəqiq tarixi və marşrutu barədə məlumatı olmadığını qeyd edib.
O, bu həftə Cənubi Koreya prezidenti Mun Çje İnin Şimali Koreyaya səfəri zaman nümayəndə heyətinin tərkibində olub.
Qeyd edək ki, sentyabrın 18-20-də Koreyalarası Sammit keçirilib. Bu, tarixdə 5-ci cari il isə 3-cü görüş olub.
.
