Cənubi Koreyanın paytaxtı Seulda Şimali Koreyaya qarşı etiraz aksiyası keçirilib. Etiraz aksiyasında Şimali Koreya lideri olan Kim Çen İnin şəkilləri yandırılıb. Aksiya 2010-cu ildə iki ölkə arasında yaşanmış insident zamanı həlak olanların xatirəsinə həsr edilib.
Xatırladaq ki, 1950-53-cü illərdəki müharibə sonrasına Koreya 2 hissəyə parçalanıb. İki ölkə arasındakı ciddi insident isə 2010-cu ildə yaşanıb.
