![](/uploads/img/posts/2024/05/02/da7bdc47-90a0-3d89-9291-701cd3682eac_850jpg-1714626134.jpg)
Mayın 2-si saat 08:00-a olan məlumata əsasən Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Hazırda küləyin sürəti bəzi yerlərdə 20-25 m/s-yə çatır. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2,3 mertdir.
Müşahidə olunan küləkli hava şəraitinin mayın 3-ü axşamadək fasilələrlə davam edəcəyi gözlənilir.