Dekabrın 7-dən 8-nə keçən gecədən başlayaraq Azərbaycanın şimal bölgəsində hava şəraiti kəskin dəyişib. 

Gecə saatlarından başlayaraq bölgənin bütün yaşayış məntəqələrinə qar yağır.

Teleqraf.com Quba Regional Hidrometeorologiya Müəssisəsinə istinadla xəbər verir ki, qarın yağması ilə əlaqədar şimal bölgəsində temperatur mənfi 4-10 dərəcəyədək aşağı düşüb. Ən aşağı temperatur Qubanın Qırız və Xınalıq kəndlərində qeydə alınıb - mənfi 15-17 dərəcə.

Ən çox yağıntı Qubanın Təngəaltı ərazisində olub. Burada qarın hündürlüyü 20 santimetrə çatır. Xınalıq, Qırız kimi ucqar dağ kəndlərində 15-16 santimetrədək qar var.

Qarın hündürlüyü Qusarda 20, Xızının Altıağac qəsəbəsində 14, Xaçmazda 2 santimetr təşkil edir.

Hazırda şimal rayonlarına qar yağmaqda davam edir.
.