
Bir qrup silahlı şəxs Çilinin xarici işlər naziri Albert van Klavereni qarət etməyə cəhd göstərib.
Bu barədə "24horas" məlumat yayıb.
Qeyd olunub ki, xarici işlər naziri gecə saatlarında polisin müşayiəti ilə xidməti avtomobilində evə qayıdırmış.
Silahlı şəxslər onu hədələməyə çalışsalar da polisin havaya atəş açmasından sonra onlar qaçmağa məcbur olublar.
.