Türkiyəli “Instagram” fenomeni Şeyma Subaşının eşq yaşadığı misirli iş adamı Məhəmməd Əl Sallous haqqında çıxan xəbərlər qısa müddətdə gündəmi zəbt edib.

Belə ki, fenomenin sevgilisinə aid olduğu bildirilən və tez-tez önündə poz verdiyi maşının oğurluq olduğu iddia edilib. 

Bildirilib ki, “Ferrari F50” lüks avtomobili əslində italiyalı Paolo Provenzi adlı şəxsə aiddir və bu səbəbdən də misirli iş adamı məhkəməyə verilib.

Məhəmməd Əl Sallous isə yalnız 249 ədəd istehsal olunan maşını 2019-cu ildə 1,95 milyon dollara aldığını vurğulayıb. Avtomobilinin oğurluq olduğundan xəbərsiz olan Sallous isə yaxın zamanlarda məhkəmə qarşısına çıxarılacaq.

Qeyd edək ki, Məhəmməd Əl Sallous Ərəbistan şeyxlərindən birinin oğludur.

.